İtaliya hökuməti 2026–2028-ci illər ərzində əmək qüvvəsi çatışmazlığı ilə mübarizə məqsədilə Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşlarına təxminən 500 min yeni iş vizası verməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Leqal miqrasiya kanallarını genişləndirmə strategiyası çərçivəsində İtaliya 2026-cı ildə 164 850 xarici vətəndaşın ölkəyə daxil olmasına icazə verməyi nəzərdə tutur.
Ümumilikdə, 2028-ci ilə qədər bu sayın 497 550-yə çatacağı gözlənilir.