EN

"Araz-Naxçıvan"ın Çempionlar Liqasında səbəti bəlli olub

Futzal üzrə son Azərbaycan çempionu "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ilkin və əsas mərhələsinin püşkatma mərasimindən öncə yer aldığı səbət müəyyənləşib.

İdman.biz xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edəcək komanda 5-ci səbətdə yer alacaq.

Yevgeni Kukseviçin rəhbərlik etdiyi "Araz-Naxçıvan" mübarizəyə ilkin mərhələdən başlayacaq.

Komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcək. Kosovo və Serbiya, Azərbaycan və Ermənistan, həmçinin Belarus və Ukrayna təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.

1-ci səbət: Ev sahibləri
Buba Mara (Bosniya və Herseqovina), qrupunda 1-ci
Forka (Şimali Makedoniya), qrupunda 2-ci
AEK (Yunanıstan), qrupunda 2-ci
Boraş AİK (İsveç), qrupunda 2-ci
Ljuti Krajişniç (Avstriya), qrupunda 2-ci
Levski Sofiya (Bolqarıstan), qrupunda 3-cü
Klik Kişinyov (Moldova), qrupunda 3-cü
Vllazniya (Albaniya), qrupunda 3-cü

2-ci səbət: qrupunda 4-cü (reytinq 48-55)
Bolton (İngiltərə)
Murata (San Marino)
Kardiff (Uels)
Sparta Belfast (Şimali İrlandiya)
İsbjörninn (İslandiya)
Avropa (Cəbəllütariq)
Makkabi Netanya (İsrail)
Vangölü (Türkiyə)

3-cü səbət: qrupunda 3-cü (reytinq 40-47)
Tallin (Estoniya)
CİU (Gürcüstan)
PYF Saltires (Şotlandiya)
Sjarmtrollan (Norveç)
Enkamp (Andorra)

4-cü səbət: qrupunda 2-ci (32-39)
AEL Limassol (Kipr)
Blue Magic (İrlandiya)
Bajo Pivljanin (Monteneqro)
Veilimdorf (Almaniya)

5-ci səbət: qrupunda 1-ci (24-31)
Vrhnika (Sloveniya)
ARAZ-NAXÇIVAN (AZƏRBAYCAN)
Tigers Roermond (Niderland)
Yerevan (Ermənistan)
Viten Orşa (Belarus)
Veszprem (Macarıstan)
Hjorring (Danimarka)

Qeyd edək ki, cari mövsümdə ümumilikdə 52 federasiyanı təmsil edən 56 komanda mübarizə aparacaq.

İdman.biz

Chosen
13
21
idman.biz

10Sources