Bu ilin yanvar-may aylarında Azərbaycan Hava Yolları QSC-nin ixrac gəlirləri əhəmiyyətli dərəcədə artıb.
Valyuta.az xəbər verir ki, bu dövrdə Azərbaycan Hava Yolları 6,7 milyon ABŞ dolları məbləğində ixrac gəliri əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 milyon ABŞ dolları və ya 103 faiz çoxdur.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında qurumun ixrac gəlirləri 3,3 milyon ABŞ dolları təşkil etmişdi. Beləliklə, Azərbaycan Hava Yollarının ixrac gəlirləri bir il ərzində təxminən 2 dəfə artıb.
Sərvanə Rəmixanova