Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Mançester Yunayted” “Aston Villa”nın hücumçusu Olli Uotkinsi transfer etməkdə maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar” 25 yaşlı ingilis futbolçunun transferi ilə bağlı artıq qarşı tərəfə müraciət edib. Onun heyətdə Rasmus Heylundu əvəz edə biləcəyi planlaşdırılır.
“Aston Villa” Uotkins üçün təxminən 70 milyon avro almağı planlaşdırır.
2024/25 mövsümündə hücumçu 54 matçda 17 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
“Transfermarkt” futbolçunun transfer dəyərini 40 milyon avro qiymətləndirir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.