EN

Tramp heykəlli və imzalı ətirlərini satışa çıxardı: Bu qiymətə

ABŞ prezidenti Donald Tramp sosial media hesabında ətir brendinin satışa çıxarıldığını açıqlayıb.

Publika.az xəbər verir ki, Tramp paylaşımında yazıb: "Tramp ətirləri gəldi. Onlar "Victory 45-47" adlanır, çünki onlar qələbə, güc və uğur haqqındadır. Kişilər və qadınlar üçün əlçatandır. Özünüzə bir şüşə alın və sevdiklərinizi unutmayın. Zövq alın, əylənin və qazanmağa davam edin!"

Trampın ətir almaq istəyənlərə göndərdiyi linkə əsasən onların qiyməti 249 dollardır. Bundan əlavə, ətrin məhsul təfərrüatları bölməsində onların nömrəli və məhdud sayda olması barədə məlumatlar yer alıb.

Ətir şüşəsinin qapağında Trampın heykəli, şüşənin üzərində isə onun imzası var.

Chosen
4
2
publika.az

10Sources