
ABŞ Prezidenti Donald Tramp özünə məxsus ətir buraxıb.
Reyting.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
D. Tramp “Truth Social” şəbəkəsindəki səhifəsində ətirin fotosunu dərc edərək yazıb:
“Ətirlər “Qələbə 45-47” adlanır. Çünki qələbə, güc və uğurdan bəhs edir. Həm kişilər, həm də qadınlar üçün”.
Kişilər üçün ətir qara qablaşdırmada, qadınlar üçün isə qırmızı rəngdədir.
V. QULİYEV