EN

Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu

Bakı. Trend:

Bu ay son on ilin ən irimiqyaslı və ən aqressiv anti-Azərbaycankampaniyalarından birinə start verən İsveçrədəki erməni diasporusözün əsl mənasında bütün resurslarını səfərbər etdi. Pul datapıldı, təşkilati şəbəkələr də işə düşdü - məqsəd isə açıq-aşkaridi: Federal Parlamentin yay sessiyası dönəmində Azərbaycanınmövqelərini sarsıtmaq, Bakını həm iqtisadi, həm də diplomatikcəbhədə zərbə altına salmaq.

Erməni lobbiçilərinin hədəfinə tuş gələn ilk qurum SOCAR oldu -15 ildən artıqdır İsveçrədə fəaliyyət göstərən, həm yanacaqbazarında əsas oyunçu, həm də min beş yüzə yaxın işçisi ilə iriişəgötürən sayılan Dövlət Neft Şirkətimiz.

İyunun 3-də İsveçrə Federal Məclisinin (ölkə parlamenti) aşağıpalatası olan Milli Şuraya təqdim olunan “Xarici nəzarətdə olanİsveçrə şirkətlərinin müharibələrin maliyyələşdirilməsindəiştirakının qarşısını almaq” adlı qətnamə layihəsi bunun əyaninümunəsidir. Sənədin müəllifi Stefan Müller-Altermatt ad-soyadı ilətanınan, illərdir açıq ermənipərəst mövqeyi ilə seçilən deputatidi. Parlamentin açıq məlumat bazasından da görünür ki, son üç ildəbu adam 18 dəfə bilavasitə və ya dolayı yolla ermənilərin gündəminidəstəkləyən təklif və sorğular qaldırıb.

Müller-Altermattın təşəbbüsü SOCAR-ı “müharibəni maliyyələşdirəntərəf” damğası ilə vurmağa hesablanmışdı - tamamilə əsassız vəsübuta yetirilməmiş bir ittiham ki, hələ ötən ilin oktyabrındaMilli Şuranın aidiyyəti komissiyası tərəfindən hüquqi və məntiqicəhətdən əsassız hesab olunaraq rədd edilmişdi. Amma deputatfürsətcillik edib, 2025-ci ilin mart seçkilərindən sonraparlamentdə yaranan yeni qüvvələr nisbətindən yararlanmağa çalışdı,ümid edirdi ki, təzə deputatların arasında dəstək tapar.

Ancaq reallıq erməni lobbiçilərinin gözlədiyindən qat-qat sərtalındı - səsvermədə qətnamə birmənalı şəkildə, 141 əleyhinə, cəmi30 lehinə səslə, 29 nəfərin bitərəf qaldığı şəraitdə rədd edildi.Milli Şuranın xarici siyasət üzrə qrupunun rəhbəri Kristof Eberleiyunun 5-də “Neue Zürcher Zeitung” qəzetinə verdiyi müsahibədə çoxaçıq danışdı: “İsveçrə öz parlamentini üçüncü ölkələrə təzyiqalətinə çevirmək istəyən maraqlı dairələrin diktəsi altına düşəbilməz”.

Məğlubiyyətlə barışmayan Müller-Altermatt cəmi üç gün sonra,iyunun 6-da bu dəfə başqa bir sorğu qaldırdı - guya İsveçrəhökumətinin “Cənubi Qafqazda sülh strategiyası və Ermənistanınmüdafiəsi” ilə bağlı mövqeyini öyrənmək istədi. Əslində, bu sorğuBerni birtərəfli şəkildə Ermənistan tərəfinin havadarlığınasürükləmək cəhdi idi: halbuki hələ 2024-cü ildə İsveçrə NazirlərKabineti müstəqil hüquqi rəydən sonra belə bir mövqeyi qəti rəddetmişdi.

Erməni dairələri xüsusilə ümid edirdi ki, yanvar ayında dəyişənFederal Məclis tərkibi onlara əlavə divident gətirəcək. Ammahökumət mövqeyində sarsılmadı və rəsmi cavabında (11 iyuntarixində) bildirdi ki, “İsveçrə tərəflərin maraqları arasındabalansı qoruyur və bir ölkənin təhlükəsizliyinə digər ölkəninzərəri hesabına təminatçı ola bilməz”. Bu mövqe iyunun 13-də MilliŞuranın protokoluna salındı və məsələ parlament gündəmindəntamamilə çıxarıldı.

Beləliklə, iyun ayı boyu erməni diasporu bütün lobbi alətləriniişə salmasına baxmayaraq, dalbadal iki mühüm təşəbbüsdə iflasauğradı. Özü də təkcə parlamentarilərə güvənmirdilər - qeyri-hökuməttəşkilatları, media kampaniyaları, hətta hüquqi ekspert rəylərialmağa xərclənən vəsaitlər cəlb olunmuşdu. Amma nəticə fiasko.

Üstəlik, Cenevrədə yerləşən Qlobal Tədqiqatlar İnstitutununmüstəqil ekspertləri 17 iyun tarixli hesabatlarında çox dəqiqvurğuladılar ki, bu tip kampaniyalar “xarici siyasi təzyiqin gizliforması” əlamətlərini daşıya bilər.

SOCAR-ın İsveçrədəki çəkisini isə xüsusi qeyd etmək lazımdır.Təkcə ötən il şirkət kanton və federal büdcələrə 82 milyon frankdançox vergi ödəyib, üstəlik, İsveçrə İqtisadiyyat Departamentininyaydığı rəsmi məlumata əsasən, 2025-ci ilin ilk rübündə şirkətindövriyyəsi 7,4 faiz artıb. Bu rəqəmlər SOCAR-ın nüfuzuna möhkəmbünövrə qoyur - və erməni lobbiçiləri bu reallığı, görünür ki,axıra qədər hesablamayıb.

Bir məqam da var: İsveçrədəki erməni diasporunun Azərbaycanəleyhinə fəaliyyəti artıq ildən-ilə daha sistemli xarakter almağabaşlayıb. Federal Ədliyyə İdarəsinin mart ayında yaydığı rəsmisənədlərdə göstərilib ki, hazırda İsveçrədə erməni icması iləbilavasitə bağlı 14 qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib,bunlardan ən azı səkkizi Cənubi Qafqaz mövzusunda lobbi işini aktivşəkildə aparır. “Swissinfo”nun ekspert hesablamalarına görə,onların illik büdcəsi 4,5 milyon frank civarındadır ki, bu vəsaithəm hüquqi rəylərə, həm mətbuat kampaniyalarına, həm də siyasiəlaqələrin qurulmasına xərclənir.

Azərbaycan tərəfi isə əksinə, addımlarını ardıcıl və İsveçrəqanunvericiliyinə tam uyğun şəkildə atır, iqtisadi əməkdaşlığı vəmədəni diplomatiyanı möhkəmləndirir. Buna ən gözəl sübut kimi,2025-ci ilin mayında Sürix şəhər meriyasının dəstəyi ilə keçirilənvə 1200-dən çox qonağın iştirak etdiyi Azərbaycan MədəniyyətiGünlərini göstərmək olar. Bu tədbir açıq-aydın göstərdi ki,Azərbaycan-İsveçrə tərəfdaşlığı hər hansı saxta şayiələrə və yainamsızlıq toxumu səpmək cəhdlərinə müqayisəolunmaz dərəcədəmöhkəm, strateji əsaslara söykənir.

Əlbəttə, bu iyun hadisələrinin yekununu təhlil edəndə görürükki, erməni lobbi dairələri geri çəkilmək fikrində deyil vəgələcəkdə də İsveçrənin siyasi və ictimai institutları vasitəsiləBakıya təzyiq göstərməyə müxtəlif yollar axtaracaq. AncaqMüller-Altermattın dalbadal iki əsas təşəbbüsünün iflasa uğramasıbir həqiqəti açıq şəkildə ortaya qoyur: Azərbaycanın şəffaflıq,hüquqa əsaslanma və real iqtisadi maraqlar üzərində qurulanstrategiyası hay-küylü, amma dəlilsiz erməni təbliğatından qat-qatinandırıcı və uzunömürlüdür.

Gələcəyə baxanda da böyük ehtimalla erməni lobbi şəbəkələri bucür aksiyalara Avropadakı hüquq müdafiə platformalarını da cəlbetməyə çalışacaq. Amma İsveçrənin neytrallıq ənənəsi və faktlaraəsaslanan siyasi mədəniyyəti bu günkü ssenarinin təkrarlanacağınaümid verir. Bakı öz maraqlarını müdafiə etməkdə bundan sonra daprinsipial, qanuni və pragmatik yolla hərəkət edəcək, həm hüquqiarqumentlərə, həm də iqtisadi-mədəni reputasiyasınaarxalanacaq.

Amma görünən odur ki, erməni lobbiçiləri bu uğursuzluqlardanciddi nəticə çıxarmağa hələ də meylli deyillər. Növbəti cəhdlərinarxasında bu dəfə deputat Erik Fontobelin adı hallandı - o, guyaQarabağdan köçürülən ermənilərin qayıdışı mövzusunu müzakirə etməküçün “Beynəlxalq Sülh Forumu” adlı tədbirin təşkili tələbiniqaldırdı. Amma 10 iyunda hökumət çox açıq şəkildə bildirdi ki, nəbu “forum”, nə də erməni lobbiçilərinin təqdim etdiyi formada“Qarabağ” mövzusu rəsmi şəkildə tanınmır. Bakı ilə İrəvandanışıqları birbaşa aparır və əlavə, süni beynəlxalq platformalaraehtiyac yoxdur - bu, həm İsveçrənin, həm də Azərbaycanın mövqeyinətam uyğundur.

Halbuki parlament sessiyası ərəfəsində erməni diasporu az qala16 deputatın iştirak etdiyi gurultulu konfrans keçirmiş, bu mövzudatəzyiq dalğası formalaşdırmağa ümid etmişdi. Amma İsveçrəhökumətinin qətiyyətli cavabı faktiki olaraq onların bütün bucəhdlərini puç etdi.

Üstəlik, 18-19 iyun tarixlərində daha bir cəhd ortaya çıxdı -“Ədalətli enerji və iqlim siyasəti naminə” şüarı ilə referendumtəşəbbüsü irəli sürüldü. Məqsəd açıq idi: SOCAR TRADING, SOCARENERGY və TAP kimi xarici enerji şirkətlərinə qarşı kəskinməhdudiyyətlər qoydurmaq, yəni Azərbaycanın enerji maraqlarınaekoloji bəhanə ilə zərbə vurmaq. Amma İsveçrə parlamenti bu hoqqanıdərhal gördü və ölkə iqtisadiyyatına gətirəcəyi zərərlərianlayaraq, bu avantüraya qapı bağladı.

Bu bütün proseslər, açığı, çox dəqiq və obyektiv təhliləlayiqdir. 2025-ci ildə erməni lobbi şəbəkəsi İsveçrədə dörd ardıcıltəşəbbüs irəli sürərək, Azərbaycanın reputasiyasını zədələmək vəBakı ilə İrəvan arasında konstruktiv danışıqları pozmaq niyyətinigizlətmədi. Amma bu planların hamısı iflasa uğradı - və bu, təsadüfyox, tamamilə məntiqi bir nəticə idi.

Əslində bu koordinasiyalı kampaniyanın ilk halqası deputat ErikFontobelin 4 iyunda qaldırdığı təşəbbüs idi. O, parlamentdə“International Peace Forum” təşkilini təklif etmişdi, guyaQarabağdan çıxmış ermənilərin geri dönüşü məsələsini müzakirə etməkadı ilə. Amma bu neytral görünən şüarın arxasında çox konkretməqsəd vardı: Azərbaycana əlavə beynəlxalq təzyiq mexanizmi qurmaqvə separatçı iddialara hüquqi don geyindirmək. Halbuki bu yanaşmahəm beynəlxalq hüququn, həm də BMT-nin əsas qətnamələrinin təsbitetdiyi suverenlik və ərazi bütövlüyü prinsiplərinə ziddir.

Maraqlıdır ki, Fontobelin bu təklifi dərhal İsveçrə hökumətindəsuallar doğurdu və 10 iyunda Federal Xarici İşlər Departamenti çoxdəqiq və kəskin mövqe açıqladı. Parlamentə göndərilən rəsmiməktubda qeyd olunurdu: «La Suisse ne reconnaît ni la plateforme nil'objet de la discussion dans la forme présentée par certainsreprésentants de la diaspora arménienne.» - yəni açıq dildə desək,“İsveçrə nə bu platformanı, nə də bəzi erməni diasportəşkilatlarının təqdim etdiyi formada müzakirə mövzusunutanımır”.

Bu diplomatik dillə ifadə olunan, amma mahiyyətcə sərt olancavab, hər hansı forumun İsveçrə hökuməti tərəfindən dəstəklənəcəyibarədə xülyaları tamamilə puç etdi. Xarici İşlər Departamenti əlavəolaraq vurğuladı ki, bütün danışıqlar birbaşa tərəflər arasındaaparılmalıdır və süni beynəlxalq platformalara yer yoxdur. Buprinsipial yanaşma Azərbaycanın tələb etdiyi formatla tam üst-üstədüşür: sülh sazişi yalnız Bakı ilə İrəvanın birbaşa dialoqu yoluilə mümkündür və mandatı olmayan üçüncü tərəflərin prosesəqoşulması qəbuledilməzdir.

Lobbi kampaniyasının ikinci mərhələsi isə 2025-ci il iyunun12-də Cenevrədə təşkil olunan və 16 deputatın qatıldığı konfransoldu. Tədbir əvvəlcədən gurultulu şəkildə “The European Voice forArmenian Rights” - yəni “Avropanın erməni hüquqları uğrunda səsi”şüarı altında anons edilmişdi. Formal baxanda “humanitar” çalarlatəqdim olunurdu, guya Qarabağdan köçmüş ermənilərin qayıdışproblemləri müzakirə ediləcəkmiş. Amma əslində məqsəd köhnə idi -revanşist iddiaları, xüsusi status tələbini və Azərbaycanın daxiliişi sayılan mövzunu beynəlmiləlləşdirmək cəhdlərini təkrar gündəmədaşımaq.

Nəticə isə tam gözlənildiyi kimi, təşkilatçılar üçün ağrılıoldu: bütün lobbi və piar səylərinə baxmayaraq, İsveçrə parlamentihəmin konfransın məzmununu heç bir rəsmi qətnamə gündəminə salmadı.Beləliklə, gurultulu media şou boş yerə çevrildi, erməni fəallarınöz iddialarına beynəlxalq leqitimlik qazandırmaq planları faktikiolaraq dəfn olundu.

Üçüncü mərhələ 2025-ci il iyunun 15-də baş verdi. Bir qrupdeputat Qarabağda guya “ermənilərin hüquqlarının pozulması” iləbağlı xüsusi parlament komissiyası yaradılmasını təklif etdi və bukomissiyanın nəticə etibarilə Azərbaycana qarşı sanksiyamexanizmləri işləyib hazırlaması ehtimalı da vurğulandı. Sənədinadı da gur səslənirdi: “Projekt für eine Untersuchungskommissionüber die angeblichen Menschenrechtsverletzungen in Karabach” - yəni“Qarabağda guya insan hüquqlarının pozulması ilə bağlı araşdırmakomissiyası yaradılması layihəsi”.

Bu təklif parlamentdə bərk qalmaqala səbəb oldu. “Neue ZürcherZeitung” qəzeti yazırdı ki, layihə faktlara söykənmədiyi üçün yerliqanunvericilər tərəfindən kəskin tənqidə tuş gəldi. Elə iyunun17-də keçirilən səsvermədə də nəticə müəllifləri üçün tambiabırçılıqla bitdi: cəmi 7 deputat lehinə səs verdi, 136 nəfər isəəleyhinə çıxdı. Bu cür dağıdıcı rəqəmlər göstərdi ki, hətta güclüinformasiya kampaniyası şəraitində də erməni lobbiçilər İsveçrəqanunvericilərini birtərəfli və hüquqi əsasdan məhrum sənədi qəbuletdirməyə inandıra bilmədi.

Beləliklə, istər iflasa uğramış “International Peace Forum”,istər mənasız Cenevrə konfransı, istərsə də baş tutmayan parlamentkomissiyası - hamısı bir daha sübut etdi ki, hətta neytrallığı iləseçilən İsveçrə kimi ölkədə belə, ermənilərin təbliğat və təzyiqresurslarının sərhədi var. İsveçrə hökuməti və parlamenti bir dahatəsdiqlədi: ərazi bütövlüyü və birbaşa dialoq prinsipi dəyişməzprioritetdir və bunu heç bir forum, konfrans və ya siyasimanipulyasiya əvəz edə bilməz.

Nəhayət, erməni lobbiçilərinin İsveçrədəki dördüncü və əniddialı cəhdi 18–19 iyun tarixlərində ortaya çıxdı. Bu dəfə guya“yaşıl” gündəm adı altında “Für eine gerechte Energie- undKlimapolitik” - “Ədalətli enerji və iqlim siyasəti uğrunda” adlıvətəndaş təşəbbüsü irəli sürüldü. Sənədə baxanda ilk baxışdaklassik ekoloji təklif təsiri bağışlayırdı, amma diqqətlə təhliledəndə məqsəd tam aydın görünürdü: Azərbaycanın enerji maraqlarına,dolayısı ilə isə Avropanın enerji təhlükəsizliyinə zərbəvurmaq.

Təşəbbüs federal səviyyədə referendum keçirməyi, nəticəetibarilə İsveçrədə fəaliyyət göstərən xarici enerji şirkətlərinəciddi məhdudiyyətlər qoyulmasını nəzərdə tuturdu. Bu, xüsusiləSOCAR Trading SA, SOCAR Energy Switzerland və Cənub Qaz Dəhlizininəsas elementlərindən olan TAP layihəsinə birbaşa toxunurdu.

Beləliklə, “ədalətli enerji” şüarının arxasında açıq şəkildəAzərbaycanın etibarlı enerji təchizatçısı rolunu zəiflətmək,nəticədə isə bütün Avropanın enerji balansını risk altına atmaqcəhdi gizlənirdi.

Maraqlıdır ki, təşəbbüsün izahat sənədində belə bir cümlə də yeralmışdı: “Die Schweiz muss sicherstellen, dass ihre Energiepolitiknicht von autoritären oder konfliktträchtigen Regimen beeinflusstwird, einschließlich solcher Akteure, die aus dem Südkaukasusstammen”.

Yəni açıq mətnlə desək: “İsveçrə öz enerji siyasətinin avtoritarvə ya münaqişə meylli rejimlərdən, o cümlədən Cənubi Qafqazdançıxan oyunçulardan asılı olmayacağına təminat verməlidir”.

Bu ifadə şübhəyə yer qoymurdu ki, hədəf məhz Azərbaycan idi.Təşəbbüs müəllifləri “korrupsiya” və “avtoritar idarəetmə” kimiköhnəlmiş təbliğat ştamplarına da arxalanmış, Azərbaycanıdemonizasiya edib siyasi ambisiyalarını əsaslandırmağaçalışmışdılar.

Amma bu dəfə də erməni diaspor aktivistlərinin və onlara qoşulan“yaşıl” dairələrin arzusu ürəyində qaldı. Federal Kançelyariyaartıq 24 iyunda təşəbbüsün qeydiyyatını rəsmən rədd etdi vəsəbəbini belə açıqladı: İsveçrə Konstitusiyasına əsaslanan azadticarət və sahibkarlıq prinsiplərinə ziddir.

Bundan əlavə, Federal Məclisin iqtisadi məsələlər komissiyasıçox sərt xəbərdarlıq etdi: “Versuche, wirtschaftliche Blockaden podgkoloqiçeskim predloqom provoditğ gegen einzelne Staaten oderUnternehmen, können nicht als zulässig im Rechtsrahmen der Schweizbetrachtet werden”. Yəni “ayrı-ayrı dövlətlərə və ya şirkətlərəqarşı guya ekoloji bəhanə ilə iqtisadi blokadalar tətbiq etməkİsveçrə hüququ çərçivəsində yolverilən hesab edilə bilməz”.

Bu fakt sözün əsl mənasında siqnal oldu - göstərdi ki, İsveçrəsiyasi sistemi kifayət qədər güclü institutlara və sağlam düşüncəyəmalikdir, əsl ekoloji məsələlərlə gizlədilmiş geosiyasimanipulyasiyaları ayırd edə bilir.

Beləliklə, “Für eine gerechte Energie-und Klimapolitik”təşəbbüsünün də iflası bir tendensiyanı möhkəmləndirdi: ermənilobbiçilərinin 2025-ci ildəki bütün dörd cəhdi puça çıxdı vəİsveçrə həm parlament, həm hökumət səviyyəsində neytrallıq,beynəlxalq hüquqa hörmət və üçüncü ölkələrin daxili işlərinəqarışmamaq prinsiplərinə sadiq qaldığını sübut etdi.

Təşəbbüs müəlliflərinin arqumentasiyası isə, açığı, çoxbirtərəfli səslənirdi. Onlar nəzərə almamışdılar ki, 2025-ci ilüzrə İsveçrə Federal İqtisadiyyat Departamentinin rəsmi hesabatınaəsasən, bu enerji şirkətlərinin təkcə birinci rübdə büdcəyəgətirdiyi vergi daxilolmaları 780 milyon frankı keçib, SOCARTrading-in İsveçrənin enerji balansındakı payı isə 12,4 faiz təşkiledib. Bu rəqəmlər açıq şəkildə göstərirdi ki, belə məhdudiyyətlərtətbiq olunsa, İsveçrənin özü üçün nə qədər təhlükəli nəticələrdoğurardı, Avropanın enerji şaxələndirilməsi üçün vuracağı zərbənidemirik.

Nəticədə, parlament təşəbbüsü hələ qeydiyyat mərhələsindəcədəstəkləməkdən imtina etdi və onu “diskriminasiyaya yol açan vəmilli maraqlara zərər vuran” adlandırdı.

Ümumi mənzərə budur: Lozanna və Sürixdəki diaspor qruplarınınkoordinasiyasında hazırlanan bu dörd cəhdin hamısı iflasa uğradı.Xaricdən təzyiq göstərmək strategiyası tam dalana dirəndi. Əksinə,bu gedişlər elə Ermənistanda da qıcıq doğurdu. Heç təsadüfi deyilki, Ermənistanın baş naziri Nikol Paşinyan 22 iyunda İstanbuldaerməni icması ilə görüşərkən açıq mətnlə dedi: “Ermənistanıntaleyini ölkə daxilindəki vətəndaşlar həll etməlidir, şəxsi piarhesabına hərəkət edən diaspora yox”. Bu sözlər İsveçrədəki biabırçıuğursuzluqdan cəmi üç gün sonra səsləndi və göstərdi ki, İrəvandaartıq çoxlarını qane etməyən, danışıqları pozmağa yönələn lobbifəaliyyətinə qarşı ciddi narazılıq var.

Statistikaya baxsaq, 2025-ci ilin əvvəlindən bəri Bakı iləİrəvan arasında birbaşa təmasların sayı əvvəlki ilin eyni dövrü iləmüqayisədə yarıbayarı artıb - artıq müxtəlif səviyyələrdə 14 görüşkeçirilib. Bundan əlavə, International Crisis Group təşkilatının2025-ci ilin iyun ayındakı hesabatına görə, Ermənistan tərəfi“Qarabağın müstəqilliyi” ilə bağlı bəyanatların sayını demək olarki, iki dəfə azaldıb. Bu fakt özü göstərir ki, rəsmi İrəvanınmövqeyi tədricən dəyişir və sülh sazişi xəttinə dəstək artır.

Bu baxımdan erməni lobbi şəbəkəsinin alternativ platformalarqurmaq cəhdləri nəinki perspektivsiz, hətta strateji baxımdanzərərli görünür. Neytral mövqeyə malik, beynəlxalq hüquqa hörmətedən və iqtisadi rasional dəyərləri ön plana çəkən İsveçrə açıqşəkildə nümayiş etdirdi ki, başqa dövlətlərin ziddiyyətli vətəhlükəli ambisiyalarının ruporu olmaq istəmir. Bu praqmatikyanaşma təkcə Azərbaycanın mövqeyini möhkəmləndirmir, həm dəbütövlükdə Cənubi Qafqaz regionunda sabitliyə xidmət edir.

Bu lobbi fiaskosu şübhəsiz ki, insan hüquqları adı altındadanışıqlara müdaxilə edib situasiyanı qızışdırmaq istəyən hər kəsüçün ciddi siqnal olacaq. İsveçrə nümunəsində biz nadir, bir oqədər də dəyərli məsuliyyət nümunəsi gördük - dövlət özünübaşqalarının manipulyasiya alətinə çevirməyə imkan vermədi.

Əslində bu dörd təşəbbüsün tam məğlubiyyəti yalnız rəmzixarakter daşımadı - erməni diasporasının daxilindəki ciddiziddiyyətləri və etimad böhranını da üzə çıxardı. Bu təşəbbüslərinmüəllifləri təkcə Azərbaycana zərbə vurmaq yox, həm də Bakı iləehtiyatlı şəkildə danışıqları davam etdirməyə çalışan Ermənistanhökumətini “xəyanətkar” damğası ilə vurmaq niyyətində idilər.

Yəni Ermənistanı dolayısı ilə İsveçrə parlamentləri vasitəsiləcəzalandırmaq, beləliklə prosesləri iflic etmək xətti seçilmişdi.Bu isə olduqca zəhərli yanaşmadır, xüsusilə baş nazir Paşinyanınİstanbulda diaspora qarşısında verdiyi o sərt mesaj fonunda:Ermənistanın taleyini yalnız öz vətəndaşları həll etməlidir,parçalanmış, iddialı, bəzən də şübhəli ambisiyalarla çıxış edəndiaspor yox.

Əslində burada söhbət böyük miqyaslı lobbi kampaniyasının tamçöküşündən gedir. Onlar İsveçrəyə öz daxili siyasi dartışmalarınıixrac etməyə və İsveçrə parlamentini, hökumətini təhlükəli seçimqarşısında qoymağa çalışdılar. Amma bu oyun puç oldu: bütün dördtəşəbbüs bloklandı, İsveçrə institutları sağlam düşüncə vədayanıqlılıq nümayiş etdirərək, özünü yad və riskli birqarşıdurmanın içinə cəlb etməyə icazə vermədi.

Nəticə çox aydın şəkildə göstərdi ki, beynəlxalq strukturlargetdikcə daha az həvəs göstərir ki, hansısa diaspor qruplarınındaxili davalarına alət olsun və ya Cənubi Qafqazda sülhproseslərinə təzyiq rıçağı kimi istifadə edilsin.

Chosen
7
34
az.trend.az

10Sources