AZ

Yekaterinburqda baş verənlər Rusiyanın şovinist davranışının sübutudur - ŞƏRH

Bakı.Trend:

Təyyarə olayından sonra Yekaterinburqda baş verənlər Rusiyanınhüquq-mühafizə orqanlarının irqçi, şovinist davranışınınsübutudur.

Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və SilahlıQüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovbildirib.

Onun sözlərinə görə, mülki insanların elə öz evlərindəcə gücorqanları tərəfindən amansızcasına qətlə yetirilməsi Rusiyanınhüquq anlayışından imtina etdiyini göstərir:

“Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindənazərbaycanlıların ailəsinə edilən hücum və bu hücum zamanıhüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyənşəxslərin amansızcasına qətlə yetirilməsi Rusiya dövləti adınaböyük utanc, hüquqi dövlət anlayışı adına rüsvayçılıqdır. Nəinkimüasir dünyamızda, hətta Stalin dönəmində belə insanlarınməhkəməsiz şəkildə, doğmalarının gözləri önündə güllələnməsi başverməyib. Lakin bu gün biz müasir Rusiyanın timsalında bu cürbiabırçı və antihumanist hallara rast gəlirik ki, bu da təəssüf vəikrah doğurur. Baş verənlər Rusiyanın etniklərə qarşı aqressiv,şovinist siyasətinin göstəricisidir və bütün hallardaqəbuledilməzdir”.
Cəlil Xəlilov vurğulayıb ki, İran-İsrail müharibəsi zamanıAzərbaycan dövləti İrandakı Rusiya vətəndaşlarına böyük köməklikləredir, onların həyatını xilas edir, Kremlin isə bunun qarşılığındaRusiyadakı azərbaycanlılara divan tutur:

“İran-İsrail müharibəsi zamanı İran ərazisində müdafiəsiz qalan,ciddi təhlükə altında qalan onlarla Rusiya vətəndaşı Azərbaycandövlətinin himayəsi və iştirakı ilə ölkəmizə gətirildi və buradanRusiyaya yola salındı. Həmin vaxt Rusiyanın əlaqədar dövlətqurumları dəfələrlə Azərbaycana öz təşəkkürlərini bildirdilər.Lakin bu hadisənin üstündən qısa zaman sonra Yekaterinburqdaazərbaycanlıların kütləvi şəkildə zorakılığa məruz qalması, rəsmiKremlin minnətdarlıq hissinin ötəri olduğunu, ona edilən yaxşılığınankorluqla cavab verdiyini göstərdi. İranda Rusiya vətəndaşlarınıölümdən xilas etdiyimiz halda, Rusiyada azərbaycanlılar gücorqanları tərəfindən nümayişkaranə şəkildə qətlə yetirildi”.

O qeyd edib ki, ötən ilin təyyarə olayından sonra Rusiyanınazərbaycanlılar əleyhinə yeni, ölümcül bir addıma imza atmasıKremlin məqsədli siyasətindən xəbər verir:

“25 dekabr 2024-cü il tarixində AZAL-ın Bakı-Qroznı reysiniyerinə yetirən “Embraer” tipli təyyarənin Rusiya səmasındavurulması və Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlıhadisənin üstündən bir neçə ay ötsə də, Rusiya tərəfi hələ dəmüqəssirlərin müəyyən edilməsi və cəzalandırılması istiqamətindəkonkret addımlar atmayıb. Təyyarə olayının ardınca 27 iyun 2025-ciil tarixində Yekaterinburqda polis basqını zamanı heç bir müqavimətgöstərməyən 2 azərbaycanlının qətlə yetirilməsi, xeyli saydasoydaşımızın həbs edilməsi və amansız işgəncələrə məruz qalmasıKremlin qonşu xalqlara, eləcə də miqrantlara qarşı xoş olmayanniyyətindən xəbər verir. Hesab edirəm ki, Rusiya hakimiyyəti, budövlətin əlaqədar instansiyaları Yekaterinburq olayı ilə bağlıobyektiv araşdırma aparmalı, azərbaycanlılara qarşı lüzumsuzzorakılıq və şiddət sərgiləyən, onları qətlə yetirən şəxslərincəzalandırılmasını təmin etməlidir. Əks halda, bu olayAzərbaycan-Rusiya münasibətlərinin bu gününə və gələcəyinə mənfimənada təsir göstərməkdə davam edəcək, Kremlin səmimiyyətinə olaninamı ortadan qaldıracaq”.

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal isəTrend-ə bildiribki, Rusiya xüsusi təyinatlılarının Yekaterinburqda azərbaycanlıailələrə qarşı zorakılıqla və qətliamla müşayiət olunan hücumusistemli kampaniyanın bir mərhələsidir:

"Buna qədər artıq Rusiya tərəfindən iki dövlət arasındamüttəfiqlik münasibətlərinə xələl gətirən ardıcıl addımlaratılmışdı. Rusiyanın son dövrlərdə Azərbaycana yönəlik siyasəti həmikitərəfli münasibətlərə, həm də müttəfiqlik anlaşmasına ziddir.Eyni zamanda, dinc, mülki insanlara qarşı zorakılıqlar beynəlxalqöhdəliklərin ayaq altına atılımasıdır".

Onun sözlərinə görə, bu gün Azərbaycan cəmiyyəti, eyni zamanda,qeyri-hökumət təşkilatları, Rusiyanın Yekaterinburqdaazərbaycanlılara qarşı etnik zəmində həyata keçirdiyi vandalizmaktına qarşı öz hiddətini müxtəlif formalarda ifadə edir:

"Hesab edirəm ki, Rusiya tərəfindən bu qətliamın vəzorakılıqların əmrini verənlər, onu icra edənlərcəzalandırılmayana, bu istiqamətdə lazımi addımlar atılmayana qədərbu təpkilər davam etdirilməlidir. Azərbaycan dövləti, hüquq-müdafiətəşkilatları baş vermiş bu zorakılıq aktını beynəlxalq hüquqmüstəvisinə daşımalıdır.

Rusiyada yaşayan soydaşlarımızın təkrar, oxşar hallarlaqarşılaşmaması üçün təsirli tədbirlərin davam etdirilməsinə ehtiyacvar. Ümid edirəm ki, bu məsələlərdə Azərbaycanın ictimai sektoruaktiv rolu ilə seçiləcək".

Seçilən
12
50
az.trend.az

10Mənbələr