EN

Mask  konqresmenləri hədələdi

Vətəninfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın təklif etdiyi vergilərin azaldılması qanun layihəsinə qarşı çıxan amerikalı milyarder İlon Mask onu təsdiqləyən konqresmenləri hədələyib.

“Dövlət xərclərinin azaldılması ilə bağlı kampaniya aparan və sonra dərhal tarixin ən böyük borc artımına səs verən hər bir Konqres üzvü utanc içində başlarını aşağı salmalıdır. Əgər bu, bu Yer üzündə etdiyim son işdirsə, gələn il praymerizlərini itirəcəklər”, – o, sosial media platforması X-də yazıb.

Bu yazıdan bir neçə saat sonra Mask elan etdi ki, “bu sərsəm qanun layihəsi təsdiqlənərsə, ertəsi gün Amerika Partiyası qurulacaq”.

“Ölkəmizin Demokratik-Respublika vahid partiya sisteminə alternativə ehtiyacı var ki, insanlar həqiqətən də öz sözünü deyə bilsinlər”, – Elon Mask əlavə edib.

CNN-in məlumatına görə, Mask 2024-cü il seçkilərində Trampı və digər respublikaçıları dəstəkləmək üçün 275 milyon dollardan çox xərcləyib.

Tramp Musk-a cavab olaraq deyib ki, o, hamıdan daha çox subsidiya alır və onlar olmasa biznesini “bağlayıb” Cənubi Afrikaya qayıtmalı olacaq. Tramp həmçinin qeyd edib ki, Musk vəzifəyə gəldikdən bir neçə ay sonra rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) milyarderin fəaliyyətini araşdıracaq.

“Bəlkə də DOGE buna yaxşı, diqqətli baxmalıdır” deyə Tramp özünün Truth Social platformasında yazıb.

Mask bir neçə həftədir ki, Trampın təklif etdiyi qanun layihəsinə qarşı çıxır və bu, ikisi arasında ciddi fikir ayrılıqlarına səbəb olur. 

Konqresin Büdcə Ofisinin məlumatına görə, vergilərin azaldılması və xərclərin artırılması ilə bağlı qanun layihəsi növbəti onillikdə ABŞ-ın büdcə kəsirini təxminən 3,3 trilyon dollar artıracaq. 

Chosen
6
35
veteninfo.az

10Sources