EN

Nefti İran İsrail müharibə də xilas etmədi: Qiymətlər düşür, dolların öz ünə gəlməsi gözlənilir

ain.az, Bizimyol saytına istinadən bildirir.

Təxminən 10 günlük müharibə neft bazarını silkələmişdi. Qiymətlər 15 faizə qədər yüksəlmişdi. Bizim ölkə bölgədə müharibə istəməsə də, bazarda baş verənlərə sevinməyə bilməzdi. İqtisadiyyatın neftdən böyük asılılığı heç kimə sirr deyil. Məhz neft qiymətlərinin aşağıl olması manatın devalvasiya riskini artırır. “Azeri Light”ın barelinin 83 dollara təklif olunması ümidləri çox artırmışdı.

Bizimyol.info xəbər verir ki, nefti müharibə də xilas edə bilməyib. Qiymətlər, demək olar, əvvəlki mövqeyinə qayıdıb. İndi Azərbaycan neftinin bareli 72 dollara satılır. “Brent” hətta 6 dollar daha ucuzdur.

ABŞ Prezidenti Donald Tramp neft qiymətlərinin aşağı olmasının tərəfdarı kimi tanınır. Dövlət başçısı iyunun 24-dəki açıqlamasında da vəziyyətin əvvəlki halına qayıtmasına sevindiyini bildirib. Belə görünür ki, yaxın gələcəkdə nefti daha baha satmaq mümkün olmayacaq.

ABŞ-ın İran-İsrail müharibəsində maraqlı tərəf kimi görünməsi dolların məzənnəsinə təsir göstərmişdi. Avronun dollara nisbəti 1,16-nı keçmişdi. Çoxdandır ABŞ valyutası bu qədər zəifləməmişdi. Bakıdakı valyutadəyişmə məntəqələrində dollar ən yaxşı halda 1,692 manata alınırdı. Elə uzun müddətdir belə aşağı məzənnəni də müşahidə etməmişdik.

Dolların özünə gəlməsi gözlənilir. Yaxın günlərdə bunun şahidi ola bilərik. Hələlik avroya münasibətdə azacıq irəliləyiş diqqət çəkir. İran-İsrail münaqişəsinin necə inkişaf etməsindən də çox şey asılıdır. Rəsmi Vaşinqton sülh olacağına inanır. Belə olacağı halda dollar da özünə gələ bilər. Üstəlik, müharibə davam etməyəcəyi təqdirdə neftin bahalaşması da gözlənilən deyil.

Təəssüf ki, biz geosiyasi hadisələrdən çox asılı qalmışıq. Neftin qiymətini daha çox böyük münaqişələr yüksəldir. Bizim iqtisadiyyat belə ümidlərlə çox uzağa gedə bilməz. Gələcəklə bağlı ciddi addımlar atılmalıdır. İqtisadiyyatın bir çox sahələri inkişaf etdirilməlidir. Neftin gələcəyinin işıqlı olmamasını hamı yaxşı anlamalıdır.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
35
icma.az

10Sources