EN

Koçaryan Yunanıstana qaçıb: Onun dövlət çevrilişində əli var?

Ermənistanda dövlət çevrilişinə cədhlə bağlı ciddi həbslər həyata keçirilir.

Tribunainfo.az xəbər verir ki, indiyə qədər aralarında iş adamları da olmaqla, onlarla siyasi fəal, kilsə rəsmiləri və siyasi hərkat rəhbləri həbs olunublar.

Bu əsnada məlum olub ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan ölkəni qəfil tərk edib. “Hraparak” qəzetinin yazdığına görə, həbslər fonunda Koçaryanın ölkədən çıxması müəmmaya səbəb olub. Onun hazırda Yunanıstanda, Egey dənizinin sahilində dincəldiyi deyilir.

Erməni nəşri Koçaryanın ailə üzvləri və komandasının da bəzi üzvlərini özü ilə aparıb.

Bundan başqa, Koçaryan yerli mediaya açıqlama verməkdən də imtina edib. Onun sözlərini isə mətbuat katibi Baqrat Mikoyan çatdırır.

Ermənistanda isə belə bir söhbət yayılıb ki, Paşinyanın dövlət çevrilişi ilə bağlı ddedikləri reala oxşayır. Sosial şəbəkələrdə Robert Koçaryanın qəfil ölkəni tərk etməsi isə həmin işin başında onun dayanması barədə müzakirələrə səbəb olub.

Fərda Uğur

Chosen
6
4
tribunainfo.az

6Sources