Olaylar.az xəbər verir ki, bu barədə hərbi ekspert Andrey Maroçko yazıb.
O bildirib ki, Kiyev Rusiya qüvvələrinin irəliləyişini ləngitməyə çalışır.
"Son 24 saat ərzində Ukrayna ordusu Dvureçnaya, Dolqenkoye və Doroşovka yaşayış məntəqələri ərazisində Rusiyanın mövqelərinə bir neçə dəfə hücuma cəhd edib. Bu, gücləndirilmiş taqımlar tərəfindən həyata keçirilib. Ciddi itkilərə baxmayaraq, onlar ordusu davam edir. Fikrimcə, bu, yeni əməliyyatın başlanmasından xəbər verir. Məqsəd isə Rusiyanı ləngitməkdir", - Maroçko qeyd edib.
Ekspertin sözlərinə görə, Ukrayna Kupyanskın saxlanmasını strateji prioritet hesab edir:
"Bununla belə, hücumların miqyası və xarakteri ehtiyatların tükəndiyini və tam müdafiə üçün vaxtın olmadığını göstərir".