EN

Samir Abasov millinin futbolçusunu komandaya buraxmır – SƏBƏB VAR

“Neftçi” növbəti mövsümün hazırlıqlarını davam etdirir. Baş məşqçi Samir Abasovun rəhbərlik etdiyi kollektiv təlim-məşq toplanışına start verib.

Bir neçə futbolçu ilə yollarını ayıran “ağ-qaralar”da daha iki-üç futbolçunun göndəriləcəyi gözlənilir. Onlardan biri də Alfa Kontedir.

Ötən mövsümdən Samir Abasovun “qara siyahısı”da olan syerre-leonalı oyunçu göndəriləcək. Konte yeni mövsümə hazırlıq üçün təlim-məşq toplanışına gəlsə də, Abasov onu komandaya buraxmayıb. 

Hazırda futbolçu kollektivdən ayrı fərdi şəkildə məşqlərini davam etdirir.

25 yaşlı futbolçunun “Neftçi” ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. O, 2024-cü il yanvarın 16-da “Lokomotiv”dən(Plovdiv) “Neftçi”yə keçib.

İdmanxeber.az

Chosen
52
14
idmanxeber.az

10Sources