AZ

“Neftçi” hücumçusu ilə bağlı qərarını verdi

“Neftçi” növbəti mövsüm üçün çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, “ağ-qaralar” Ağadadaş Salyanskini komandada saxlayacaq. Mətbuatda 21 yaşlı hücumçunun ayrılacağı yönündə xəbərlər çıxsa da, futbolçu “Neftçi”də qalır. Baş məşqçi Samir Abasov onu heyətdə görmək istədiyini bildirib.

Salyanskinin klubla bir illlik müqaviləsi var. O, ötən mövsüm “ağ-qaralar”da 23 oyunda çıxış edib. Futbolçu bu görüşlərdə 4 qol vurub, 2 məhsuldar ötürmə verib.

Seçilən
35
21
idmanxeber.az

10Mənbələr