EN

Qəzzada son 24 saat ərzində 95 fələstinli həlak olub

İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində bazar ertəsi ən azı 95 fələstinli həlak olub.

Operativ Media xəbər verir ki, bu haqda Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail ordusunun Qəzzada kafe, xəstəxana, məktəb və ərzaq paylama məntəqələrinə hücumu nəticəsində azı 95 fələstinli həlak olub, çox sayda insan isə yaralanıb. Bildirilir ki, İsrailin Qəzza şəhərinin şimalında ad günü mərasiminə toplaşan qadın və uşaqların da olduğu dənizkənarı kafeyə endirdiyi zərbə nəticəsində 39 nəfər həyatını itirib. Həmçinin iyunun 30-da İsrail qüvvələri Qəzza şəhərində yüzlərlə məcburi köçkün fələstinlinin sığındığı Yafa məktəbini bombalayıb.

Chosen
18
4
operativmedia.az

2Sources