İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsindəazı 95 fələstinli həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat yayıb.
"İsrail ordusunun Qəzzada kafe, xəstəxana, məktəb və ərzaq paylama məntəqələrinə hücumu nəticəsində azı 95 fələstinli həlak olub, çox sayda insan yaralanıb", - məlumatda deyilir.