Yeni yayımlanan videoda İsrailin dronunun Qəzza şəhərində un kisəsi daşıyan Fələstinli mülki şəxsi öldürdüyü görünür.
Moderator.az-ın "Əl-Cəzirə"yə istinadla yaydığş xəbərdə deyilir ki, bu görüntü Qəzza Humanitar Fondunun idarə etdiyi ərzaq məntəqələrindən yemək almağa çalışan bir şəxsin həyatına son qoyulmasına dair şok-edici bir nümunədir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) bu cür hücumları "iyrənclik" olaraq pisləyib. İsrailin həyata keçirdiyi əməliyyatlar nəticəsində, ərzaq toplamağa çalışan və humanitar yardımlardan istifadə edən mülki şəxslərin hədəf alınması beynəlxalq ictimaiyyət tərəfindən geniş tənqid olunur.
Xatırladaq ki, 2023-cü ilin 7 oktyabr tarixindən bu günədək Qəzzada İsrailin hava hücumları və digər hərbi əməliyyatlar nəticəsində ümumilikdə 55 minə yaxın insan həyatını itirib. Bu itkilərin əksəriyyəti mülki şəxslərdir və çoxsaylı uşaqlar da daxil olmaqla, humanitar fəlakətə səbəb olub. Bu münaqişənin getdikcə daha da ağırlaşması, regiondakı insan hüquqları böhranını dərindən pisləşdirib.
S.Laçın