EN

Kərkük hava limanına raket hücumu

ain.az, Xalqcebhesi saytına istinadən bildirir.

İraqın Kərkük Beynəlxalq Hava Limanı Administrasiyasından verilən yazılı açıqlamaya görə, yerli vaxtla saat 23:30 radələrində mənşəyi məlum olmayan 3 raket hava limanına düşüb.

Raketlərdən ikisi hava limanındakı hərbi bölgəyə, biri isə mülki əraziyə düşüb. Mülki əraziyə düşən raket isə otluq ərazidə yanğına səbəb olub. Yanğın Kərkük Beynəlxalq Hava Limanının yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində 1 nəfər yüngül yaralanıb. Aeroportda uçuş-enmə zolağına və digər obyektlərə heç bir ziyan dəyməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
50
icma.az

10Sources