Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İyunun 16-da Tehranın Azadi aeroportuna endirilən zərbələrin nəticələrini əks etdirən görüntülər yayımlanıb.
Axar.az xəbər verir ki, "Azad İran" Telegram kanalı bu barədə İran KİV-ə istinadən məlumat yayıb.
Qeyd olunub ki, təlim və hava turizmi məqsədilə istifadə olunan bu aeroportda ciddi dağıntılar qeydə alınıb.
Zərbələr nəticəsində yüngülmühərrikli təyyarələrin saxlandığı anbarlar, təlim avadanlıqları, enmə-qalxma zolaqları və inzibati binalar zərər görüb.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.