ABŞ-nin Detroyt şəhərində qeyri-adi bir vida mərasimi keçirilib.
Â
58 yaşında vəfat edən və yerli sakinlər tərəfindən səxavəti ilə tanınan Darrell Tomasın xatirəsinə keçirilən bu tədbir, helikopterdən pul səpilməsi ilə yadda qalıb.
Â
Pul yağışı zamanı çəkilən videolarda insanların göydən yağan yüzlərlə dolları toplamaq üçün bir-birinin önünə keçməsi aydın görünür.
Â
Hadisə 27 iyun tarixində Gratiot və Conner küçələrinin kəsişməsində baş verib. Göydən yağan pullar sakinlər arasında həm heyrət, həm də duyğusal anlar yaradıb.
Â
Bu vida mərasimi 15 iyun tarixində 58 yaşında dünyasını dəyişən Darrell Tomasa olan son ehtiram jesti idi.
Â
Klassik avtomobil həvəskarı olan Darrell Tomas, Detroytda cəmiyyətin sevilən simalarından biri idi.
Â
Bu qeyri-adi vida ideyasını isə onun oğulları irəli sürüb və həyata keçirib.
Â
Tomasın avtoyuma biznesinə yaxın ərazidə helikopter vasitəsilə pul paylanaraq, onun xeyirxah ruhu bir daha yad edilib.
Â
Milli.az
Â