EN

Həştərxan limanı İran şirkətinin nəzarətinə keçir

BAKI. 1 iyul. TELEQRAF

İran şirkəti Həştərxan limanının səhmlərini tamamilə almaq niyyətindədir.

Teleqraf “Kommersant” qəzetinə istinadən xəbər verir ki, İran Həştərxan limanının ortaq sahiblərinin səhmlərini almağı təklif edib.

Hazırda üç İran vətəndaşına məxsus “Nasim Bahr Kiş” limanın səhmlərinin 53 faizinə sahibdir.

İranın dövlət şirkətinin nəzarətində olan “Fanavaran Darya Gostar Jonob Arvand” və “IRISL Fanavaran Darya Gostar Jonob Arvand” müvafiq olaraq 1,52 və 1,82 faiz paya sahibdirlər.

Limanın iranlı olmayan səhmdarları arasında “Rostec” (25,5%) və Kiprin “Volqa-Vaster-West” (3,33%) şirkətləri var.

Məlumata görə, Nasim Bahr Kish təxminən 437,5 milyon rubla 46,3 faiz adi və 48,7 faiz imtiyazlı səhmləri almağa hazırdır. İranın “Bank Melli” tərəfindən yaradılmış maliyyə qurumu bu məbləğə bank zəmanəti verib.

Həştərxan limanı əsasən taxta yükləri, taxıl və neft daşımalarını həyata keçirir. 2023-cü ildən liman öz donanmasını formalaşdırıb.

Chosen
14
5
teleqraf.com

10Sources