EN

İstirahət etdiyi yerdə maşın vurub öldürdü Qəza törədən həkim imiş

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Azad Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə 75 yaşlı Fəxrəddin Beybudovu vurub.

Belə ki, F. Beybudov məhəllədə yol kənarındakı daşın üzərinə oturub istirahət edirmiş. A. Abdullayevin idarə etdiyi avtomobil yoldan çıxaraq kişini vurub.

Məlumata görə, avtomobili idarə edən şəxs Kiçik Dəhnə kənd sakini Azad Abdullayev kənd xəstəxanasının həkimidir. 

Sakinlərin iddiasına görə, o, toydan qayıdarkən hadisəni törədib.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
2
qafqazinfo.az

5Sources