EN

19 yaşlı niderlandlını transfer etmək istəyir - “Real”

“Real” “AZ Alkmaar”ın yarımmüdafiəçisi Kes Smiti transfer etmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Diario AS” nəşri məlumat yayıb.

Madrid klubu 19 yaşlı futbolçunun xidmətində ciddi şəkildə maraqlıdır. Smitin özü də “Real”da oynamağı arzulayır.

Hətta o, son günlərdə Madrid küçələrində “kral klubu”nun forması ilə görüntülənib.

Niderlandlı yarımmüdafiəçi 2024/25 mövsümündə bütün turnirlərdə 43 oyunda iştirak edib, 10 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun Niderland klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Chosen
29
49
sportinfo.az

10Sources