EN

Ərdoğan: NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək


NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Türkiyə lideri bildirib: “NATO-nun Haaqa sammitində növbəti tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı bizim üçün mühüm qərar qəbul edildi. 2026-cı ilin iyulunda Türkiyə NATO-nun dövlət və hökumət başçılarının sammitinə ev sahibliyi edəcək. Alyansın liderlərini paytaxtımız Ankarada qəbul edəcəyik. Çox mühüm qərarların qəbulu üçün zəmin hazırlayacağıq".


Chosen
13
12
news24.az

10Sources