AZ

NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək- Ərdoğan

Gələn il NATO sammiti Ankarada təşkil olunacaq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra məlumat verib.

“Haaqada keçirilən son sammitdə bizim üçün əhəmiyyətli bir qərar qəbul edildi – növbəti sammit ölkəmizdə keçiriləcək. Türkiyə 2026-cı ilin iyul ayında NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının sammitinə ev sahibliyi edəcək. Biz alyans liderlərini paytaxtımız Ankarada qəbul edəcəyik. Çox vacib qərarların qəbul olunması üçün zəmin hazırlayacağıq”, – deyə Ərdoğan bildirib.

AzPost.az

Seçilən
12
12
azpost.info

10Mənbələr