EN

“Fənərbaxça” və “Qalatasaray”ın istədiyi ulduz futbolçu seçimini etdi

“Arsenal”ın futbolçusu Partey klubdan ayrılmağa qərar verib. Metbuat.az xəbər verir ki, “Atletiko Madrid”dən transfer edilən futbolçu “Arsenal”da əsas heyət oyunçusu hesab olunurdu. "Athletic" qəzetinin xəbərinə görə, Partey “Arsenal”dakı beş mövsümdən sonra yeni kluba transfer olmaq istəyir. Türkiyə mediasının iddiasında görə, “Fənərbaxça” və “Qalatasaray” da futbolçunun xidmətində maraqlıdır.

Bildirilir ki, “Arsenal” Parteyin yerinə yarımmüdafiə mövqeyinə "Real Sosyedad"dan Martin Zubimendi və "Brentford"dan Kristian Norqaardın transferlərini tamamlamaq üzrədir.

Chosen
9
33
metbuat.az

10Sources