Belçika millisinin futbolçusu Aksel Vitsel "Atletiko"dan (Madrid) ayrılıb.
"Report" xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 36 yaşlı yarımmüdafiəçi 2022-cü ildən "Atletiko"da çıxış edirdi. Paytaxt təmsilçisinin heyətində ötən mövsüm 22 oyuna çıxan futbolçu bu müddətdə 1 qol vurub.