EN

"Crocus"da terror aktı ilə əlaqədar yalnız bir təqsirkar əməlindən peşman olduğunu deyib

"Crocus City Hall" konsert zalında qanlı terror aktını törədən 26 yaşlı Şamsidin Fariduni hücum edən dörd nəfərdən yalnız biri olub ki, qanuni təqsirini tam etiraf etməklə yanaşı, həm də törətdiyi cinayətə görə peşman olduğunu bildirib.

Bu barədə məlumat TASS-ın əldə etdiyi cinayət işinin materiallarında yer alıb.

"O, günahını tam etiraf edib və etdiyi əməldən peşmandır", - deyə Fəriduni izahatında bildirib.

Maraqlıdır ki, terror aktının digər üç bilavasitə icraçısı - Muxammadsobir Fayzov, Saidakrami Raçabolizada və Dalercon Mirzoyev törədilən cinayətlərdə təqsirli olduqlarını rəsmən etiraf etsələr də, günahsız insanların kütləvi şəkildə qətlə yetirilməsindən təəssüfləndiklərini bildirməyiblər.
Chosen
62
18
7news.az

10Sources