EN

İsrailin hücumları nəticəsində İranda 935 nəfər həlak olub

İran-İsrail müharibəsinin 12 günü ərzində İsrailin endirdiyi zərbələr nəticəsində İranda azı 935 nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bunu İran məhkəmə sisteminin nümayəndəsi İshaq Cahangir bildirib.

“Son məhkəmə-tibbi ekspertiza məlumatlarına əsasən, sionist rejimin ölkəmizə qarşı 12 günlük müharibəsi zamanı 935 nəfərin öldüyü təsdiqlənib, onlardan 38-i uşaq, 132-si qadın, bəziləri hamilə olub”, - məlumatda deyilir.

Chosen
21
50
operativmedia.az

10Sources