AZ

İsrailin Qəzzada yardım anbarına hücumu nəticəsində 10 fələstinli ölüb

İsrail ordusu növbəti dəfə Qəzzada Sabra məhəlləsindəki yardım anbarını hədəfə alıb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İsrail ordusunun xeyriyyə təşkilatlarının yardım paylamaq üçün istifadə etdiyi anbarı bombalaması nəticəsində 10 fələstinli həyatını itirib.

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzzada həyata keçirdiyi hücumlarda ölənlərin sayının 56 min 500, yaralı sayının isə 133 min 419 nəfərə yüksəldiyi bildirilib.

Seçilən
10
50
operativmedia.az

10Mənbələr