Türiyə millisində baş məşqçi Vinçenso Montella ilə müqavilə uzadılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müddəti 2028-ci ilin yayına kimi olan müqavilə imzalanıb.
Montella 2023-cü ilin sentyabrından Türkiyə yığmasını çalışdırır. Komanda onun rəhbərliyi altında 23 oyunda 12 qələbə qazanıb, 7 dəfə uduzub.