EN

Yekaterinburqda amansızlıqla öldürülən qardaşların cənazələri hava limanına təhvil verilib - Yenilənib

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanları tərəfindən vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazaləri hava limanının yük terminalına təhvil verilib...

APA-nın Rusiya bürosu xəbər verir ki, cənazələr morqdan götürülərək Azərbaycana göndərilməsi üçün Yekaterinburqun Koltsevo hava limanının yük terminalına çatdırılıb.

Cənazələr Ural hava yollarına məxsus təyyarə ilə yerli vaxtla saat 18:15-də göndəriləcək. Reysin Bakıya 20:25-də çatacağı gözlənilir.

***

Azərbaycanda meyitlərə yenidən tibbi ekspertiza keçiriləcək. Ekspertiza ya bu gün, ya da sabah olacaq, dəqiq deyil”.

Bu barədə APA-ya Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli məlumat verib.

O bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin müşayiəti ilə cənazələr bu gün 20:00 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaq, sabah səhər saatlarında isə Ağcabədiyə yola salınacaq:

“Qardaşlarım Ağcabədidə “Dörd yol” deyilən qəbiristanlıqda atamın, anamın yanında dəfn ediləcəklər. Onlarla vida mərasimi də Ağcabədidə olacaq”, – S. Hüseynli əlavə edib.

Poliqon.info

 

Chosen
34
50
poliqon.info

10Sources