BAKI, 30 iyun. TELEQRAF
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2025" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ümumi çəkisi 4,5ton olan 3200 ədəd çətənə kolu yandırılaraq məhv edilib.