EN

Azərbaycanda beş il ərzində 737 uşaq övladlığa verilib

Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (SXA) 5 il ərzində övladlığagötürmə ilə bağlı 1692 müraciət daxil olub, 737 uşaq övladlığa verilib.

AZƏRTAC xəbər verir ki, bunu SXA-nın İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 5 illiyinə həsr olunan mətbuat konfransında deyib.

Həmçinin qeyd edib ki, himayədar ailə olmaq üçün SXA-ya 79 müraciət daxil olub: "49 uşaq himayədar ailələrə verilib. Onlardan 30-u qız, 19 nəfəri isə oğlandır".

Chosen
47
2
yeniazerbaycan.com

10Sources