Əfqanıstanın Meydan Vardak və Loqar vilayətlərində yağan güclü yağışlar və baş verən daşqınlar nəticəsində 4 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət zamanı 3-ü uşaq olmaqla 4 nəfər ölüb, yüzlərlə insan evsiz qalıb.
Daşqınlar təxminən 270 evin dağılmasına səbəb olub.
Rəsmilər bildirib ki, bağlanan yollar artıq açılıb, zərərçəkənlərə ərzaq və çadır yardımları paylanmağa başlanıb.