EN

Füzuli Məmmədov “Mingəçevir”dən gedir? – Özündən AÇIQLAMA

Ötən il yeni sponsoruna qovuşan “Mingəçevir” klubunun bu il daha iddialı olacağı gözlənilir.

Məhz bu səbəbdən də komandanın heyətində ciddi islahatlar aparıldı, baş məşqçi postuna isə təcrübəli Füzuli Məmmədov gətirildi. 

Bu mövsüm komandadan yeni transferlər gözlənilsə də, hələ ki, bölgə təmsilçisində durğunluqdur.

Hətta baş məşqçi Füzuli Məmmədovun istefaya gedəcəyi ilə bağlı xəbərlər dolaşır. 

Məsələ ilə bağlı baş məşqçinin özü ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında işin başında olduğunu dedi:

“İstefaya getməyimlə bağlı yayılan xəbərlər doğru deyil. Mən hal-hazırda işimin başımdayam və klubla müqaviləm var. Rəhbərlikdən də mənə heç bir şey deyilməyib. Yeni mövsümün planlarını təqdim etmişəm və yaxın günlərdə hazırlıqlara başlayacağıq. Növbəti mövsümdə daha güclü və iddialı “Mingəçevir” görəcəksiniz”.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
24
50
bizim.media

10Sources