EN

Rusiya deputatı: “Azərbaycan heç vaxt strateji tərəfdaş olmayıb” – ÖZƏL

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin bildirib ki, Azərbaycan heç vaxt Rusiya üçün strateji tərəfdaş olmayıb. 

Olaylar.az xəbər verir ki, o, bu fikrini Lenta-ya müsahibəsində səsləndirib.

Zatulin qeyd edib ki, Azərbaycan nə Avrasiya İqtisadi İttifaqının, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu səbəbdən "strateji tərəfdaş" anlayışı ona aid edilə bilməz.

Deputat vurğulayıb ki, Azərbaycan Qarabağda erməni əhalisinin çıxarılmasından sonra Rusiyanın reaksiyasını nəzərə almağa ehtiyac duymayıb: "Azərbaycan rəhbərliyi artıq Rusiyanın mənfi reaksiyasını hesaba qatmır və xüsusi münasibətləri vurğulamağa ehtiyac görmür". 

O, həmçinin əlavə edib ki, iki ölkə iqtisadi əməkdaşlıqdan fayda götürə bilər, lakin Azərbaycan tarix boyu strateji tərəfdaş statusunda olmayıb və bu, Rusiyanın yanlış hesablaması olub.

Zatulin qeyd edib ki, "Şimal-Cənub" dəhlizi üzrə əməkdaşlıq davam etsə də, bu istiqamətdə hələ ciddi nəticə əldə edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
23
50
olaylar.az

10Sources