Onun sözlərinə görə, arxiyepiskop Mikael məhz özü oraya "qaçaraq gizlənib". "O, orada özünü təhlükəsizlikdə hiss edəcəyini düşünürdü. Bu, açıq-aşkar idi. Məhkəmə qərarı var. Harasa daxil olub gizlənmək, məhkəmə qərarının icrasından yayınmaq yolverilməzdir," - deyə Simonyan qeyd edib.
Milli Təhlükəsizlik Xidməti isə vəziyyətin gərginləşə biləcəyini görüb, geri çəkildiyini və məqsədlərinin gərginlik yaratmaq olmadığını nümayiş etdirmək istədiklərini bildirib.
Qeyd edək ki, 27 iyun tarixində Eçmiədzinin ərazisində baş verən hadisələr zamanı ortada heç bir məhkəmə qərarı mövcud deyildi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31