EN

Rusiya öz təcavüzkar imicindən narahatdır - Medinskinin açıqlamalarında bu, aydın hiss olunur

BAKI, 30 iyun. TELEQRAF

Görünür, Rusiyanın təcavüzkar imici federasiyanın özünü də zaman-zaman düşünməyə məcbur edir. Problem burasındadır ki, həmin məqamlarda da federasiya rəsmiləri günahı başqalarında görürlər.

Teleqraf xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski maraqlı bəyanat verib.

O, MDB ölkələrini özlərinə və tarixinə qarşı dürüst olmağa çağırıb.

Prezident köməkçisi bildirib ki, Rusiya heç bir ölkəyə təzyiq etmir və dövlətlər arasında dialoq yalnız qarşılıqlı hörmətə əsaslanır.

Obildirib: "Konkret tədbirlərə gəlincə, bir şeyi deyə bilərəm: bizim işimiz qarşılıqlı hörmət əsasında dialoq rejimində qurulub və qurulacaq, heç bir təzyiq yoxdur və olmayacaq. Sonda tarixin tədrisi daxili məsələdir, biz onları sadəcə olaraq, özlərinə və tarixə qarşı vicdanlı olmağa çağırırıq", - o deyib.

Bundan əvvəl Rusiyanın təhsil naziri Sergey Kravtsov məlumat vermişdi ki, bir sıra MDB ölkələrinin tarix dərsliklərində Rusiya haqqında mənfi şərhlər var.

Chosen
39
teleqraf.com

1Sources