EN

Əfsanəvi məşqçi KDÇ ni tənqid etdi

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Bu il tarixdə ilk dəfə 32 komandanın iştirakı ilə yeni formatda keçirilən Klublararası Dünya Çempionatına münasibət birmənalı deyil. "Football-plus.az" xəbər verir ki, ağır mövsümdən dərhal sonra belə ağır turnirin keçirilməsi çoxları tərəfindən dəstəklənmir. Turnirlə bağlı tənqidi fikirlər səsləndirənlər sırasına Yürgen Klopp da qoşulub. Dortmund ''Borussiya''sı və ''Liverpul''un sabiq məşqçisi olan Klopp hazırda ''Red Bull''un futbol şöbəsinin rəhbəri kimi çalışır. Futbol tarixində iz buraxmış məşqçilərdən olan almaniyalı bunları deyib:

''Klublararası Dünya Çempionatı indiyə qədər futbolda həyata keçirilən ən uğursuz ideyalardan biri, bəlkə də birincisidi. Gələn mövsüm oyunçuların daha öncə heç vaxt yaşamadıqları zədələrlə üzləşəcəklərindən qorxuram. Ötən yay Amerika Kuboku ilə Avropa Çempionatı keçirildi. Bu yay KDÇ oynanılır. Gələn yay da dünya çempionatı var. Bu cür ağır turnirlərin üst-üstə gəlməsi orda yer alan futbolçular üçün həm fiziki, həm də psixoloji cəhətdən əlavə yükdü''.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
23
icma.az

10Sources