Türkiyənin İzmir şəhərinin Menderes, Qaziemir və Seferihisar rayonlarında güclü meşə yanğınları qeydə alınıb.
Publika.az xəbər verir ki, yanğınla əlaqədar 4 kənd və 2 məhəllənin sakinləri təxliyə edilib.
Təbii fəlakət zamanı 3 ev, 1 traktor və 1 avtomobil yararsız hala düşüb.