EN

Tramp Maskı “əla oğlan” adlandırdı

ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda İlon Maskla yaşadığı açıq münaqişəyə baxmayaraq amerikalı milyarder haqqında müsbət fikir bildirib.

Bizim.Media xəbər verir ki, Fox News-a verdiyi müsahibədə Tramp belə deyib:

“Məncə İlon əla oğlandır və əminəm ki, onun hər zaman hər şeyi yaxşı olacaq.”

Tramp həmçinin qeyd edib ki, Maskın seçki kampaniyası zamanı ona verdiyi dəstəyi yüksək qiymətləndirir.

Xatırladaq ki, Tramp və Mask arasında yaşanan fikir ayrılığı ABŞ-ın kosmik sənayesi üçün təhlükəli nəticələr doğura bilər. Məsələ ondadır ki, Mask Trampın xərclər və vergilər barədə qanun layihəsini sərt tənqid etmiş, bu qanunun ABŞ-ı borc bataqlığına sürükləyə biləcəyini bildirib.

Mask daha əvvəl Trampın federal xərcləri azaltmaq üçün təklif etdiyi büdcə layihəsini “iyrənc” adlandıraraq sərt reaksiya vermişdi.

Bizim.Media

Chosen
4
28
bizim.media

10Sources