AZ

Tramp Maskı “möhtəşəm oğlan” adlandırdı

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp FOX News-a müsahibəsində milyarder İlon Mask haqqında diqqətçəkən açıqlama verib. Tramp son vaxtlar onun ünvanına tənqidlər səsləndirən Maskı “möhtəşəm oğlan” adlandırıb.

Tramp bildirib ki, onların münasibətində müəyyən gərginlik yaşanıb və Maskın, xüsusilə də sonradan sildiyi Tramp-Epşteyn əlaqəsinə dair paylaşımı “qəbulolunmaz” olub. Buna baxmayaraq, Tramp onunla bağlı fikrinin dəyişmədiyini vurğulayıb:

“Düşünürəm ki, o, möhtəşəm oğlandır. Onunla çox ünsiyyətdə olmamışam, amma İlonun hər zaman uğurlu olacağını düşünürəm”.

ABŞ Prezidenti əlavə edib ki, Mask “bir qədər məyus olub”. Jurnalistin bu məyusluğun səbəbinin istədiyini əldə edə bilməməsi ilə bağlı sualına cavab verən Tramp belə deyib:

“Elektromobillərə dair tələb onun üçün çətin məsələdir. Mən istəməzdim ki, hamının elektromobilə keçməsi məcburi olsun”.

Qeyd edək ki, İlon Mask Senat tərəfindən qəbul edilmiş və Trampın təşəbbüsü ilə irəli sürülmüş qanun layihəsini kəskin tənqid etmişdi. Mask bu qanunun “milyonlarla iş yerini məhv edəcəyini” və başlanmamış külək və günəş enerjisi layihələrinə yüksək vergilər gətirəcəyini bildirmişdi. 

 

Musavat.com

Seçilən
4
25
musavat.com

10Mənbələr