EN

Yekaterinburqda həmyerlilərimizin öldürülməsi ilə bağlı bəyanat yayıb

Yekaterinburqda baş verən son hadisələrə  bağlı Vəhdət Partiyası bəyanat yayıb. 


News365.az xəbər verir ki, Vəhdət Partiyasının bəyanatını təqdim edir:


“Yekaterinburqda baş verən vəhşilik bir daha sübut etdi ki, Rusiya öz mahiyyətindən dönmür. Bəzən deyirlər ki, Rusiyanı anlamaq mümkün deyil. Amma tarix göstərir: Rusiya həmişə qəddar olub və xüsusilə Türk və İslam xalqlarına qarşı bu qəddarlıq bir siyasətə çevrilib.


Bəyanatda baş verən hadisələr Rus Pravoslav Kilsəsinin bu siyasəti dəstəklədiyini, Stalin dövründə fəaliyyət göstərən “troika”lar qeyd olunub:


“Bu gün baş verənlər bizə Stalin dövründə fəaliyyət göstərən “troika”ları – yəni formal, lakin nəticəsi əvvəlcədən bəlli olan qondarma məhkəmələri xatırladır. O zamanlar insanlar bir imzayla güllələnirdi.

Bu gün isə Rusiya dövləti – hüquq-mühafizə orqanlarını belə işə cəlb etmədən, məhkəməsiz, birbaşa insanları həbs edir, işgəncə verir, öldürür. Xüsusilə bu münasibət Azərbaycanlılara qarşı daha amansız və kütləvi xarakter alır”.


Bəyanatda vurğulanıb ki, bu prosesin arxasında təkcə ermənilərin təhriki deyil, həm də Rusiyanın Türk və İslam dünyasına qarşı tarixi nifrəti dayanır. Milyonlarla Azərbaycanlının Rusiyada yaşadığı, lakin bu insanlara qarşı illərlə ayrı-seçkilik siyasəti aparıldığı bildirilib:

“Dostluq cəmiyyətləri yaratmağa, mədəni muxtariyyət formalaşdırmağa imkan verilməyib. Əksinə, bir çox hallarda bu cəmiyyətlər bağlanıb, məhkəmə qərarı olmadan təşkilatlara qarşı təzyiqlər göstərilib. Bu cinayətlərin arxasında birbaşa Vladimir Putin dayanır. Yeltsin onu hakimiyyətə gətirəndə açıq şəkildə demişdi: “Mən demokratam, edə bilmədiklərimi Putin edəcək.” Bugünkü mənzərəyə baxsaq, görürük ki, Putinin dövründə Rusiyada şovinizm o qədər dərinləşib ki, ən yaxın xalqlardan biri olan Ukraynaya belə zülm edirlər.


Təyyarə qəzasından sonra Azərbaycan Prezidentinin təyyarəsi geri döndü. O zaman da şübhələr vardı ki, təyyarə məqsədli şəkildə hədəfə alınıb. Bu günə qədər nə bir üzr, nə də təzminat verilib. Bəs bizdən nə istəyirsiniz?!


Biz millətik. Biz öz dövlətini qurmuş, formalaşmış bir xalqıq. Buna görə də, vəziyyət çox ciddidir.


Azərbaycan hökumətinin Rusiya Baş nazirinin müavininin səfərini və Rusiya ilə bağlı bütün mədəni tədbirləri təxirə salması tamamilə doğrudur. Azərbaycan dövləti və cəmiyyəti bu məsələdə bir olmalıdır. Rusiyanın ekspansionist, irqçi və düşmənçilik siyasətinə qarşı birlikdə dayanmalıyıq.

Chosen
24
30
news365.az

10Sources