EN

İran ABŞ-a mesaj verdi: “Nüvə fəaliyyətimizi dayandırmırıq”

İranın uranı zənginləşdirmək hüququ var və bu fəaliyyəti dayandırmağı planlaşdırmır. 

Sitatinfo xəbər verir ki, bunu Amerikanın CBS telekanalına müsahibəsində İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.

Diplomatın bildirib ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) əsasən, uranın zənginləşdirilməsi fəaliyyəti İranın ayrılmaz hüququdur.

 

"Və biz bu hüququmuzdan istifadə etmək istəyirik", - İrəvani qeyd edib.

Chosen
37
30
sitat.info

7Sources