Bu gün klublararası dünya Çempionatının 1/8 final mərhələsinin oyunları keçirilib.
QOL.az xəbər verir ki, ABŞ-ın Atlanta şəhərindəki “Mersedes-Benz Stadium”da PSJ və “İnter Mayami” qarşılaşıb.
Görüş Paris təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb – 4:0.
Bu qələbə sayəsində PSJ 1/4 finala vəsiqə qazanıb. Parislilər növbəti mərhələdə “Flamenqo” – “Bavariya” cütünün qalibi ilə qarşılaşacaq.
29 iyun
PSJ - "İnter Mayami" - 4:0
Qollar: Neveş, 6, 39; Aviles, 44 - avtoqol; Hakimi, 45+3