EN

Komitə: Saxta teleqram kanalının məlumatı ölkəmizə və Rusiyadadakı soydaşlarımıza qarşı təxribatdır

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Rusiyanın “Azərbaycan diasporu” adlı saxta teleqram kanalında “Azərbaycan icması Bakını Moskva ilə münasibətləri pozmaqda ittiham edib” başlıqlı yazı dərc olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən Xalqcebhesi.az-a bildirilib ki, yazı Rusiyada Azərbaycan diaspor üzvləri ilə bağlı son hadisələrlə əlaqədar təxribat xarakterli bəyanatdır və bəyanatın Rusiyadakı Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.

Saxta teleqram kanalının belə məlumat yayması ölkəmizə və Rusiyada yaşayan soydaşlarımıza qarşı yönələn təxribatdır.

“Heç bir həqiqəti əks etdirməyən, təxribat xarakterli həmin yazıya istinad olunması, diasporun mövqeyi kimi ictimaiyyətə təqdim olunması yolverilməzdir. Media nümayəndələrindən belə həssas məqamda diqqətli olmağı xahiş edirik”, - komitədən bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
50
icma.az

10Sources