EN

FIFA Klub Dünya Kubokunun ən çox ziyarət edilmiş oyunları

Hazırda ABŞ-da davam edən 2025-ci il FIFA Klub Dünya Kubokunun ən çox ziyarət edilmiş oyunlarının beşliyi açıqlanıb.

Arena.az FIFA-nın rəsmi saytına istinadən, məlumat verir ki, ən çox ziyarət edilmiş görüş, yarışın qrup mərhələsinin 1-ci turu çərçivəsində keçirilmiş, 80616 nəfər tamaşaçı toplamış PSJ – “Atletiko” (Madrid) oyunudur (4:0).

İlk beşliyi təqdim edirik:

1.PSJ – “Atletiko” (Madrid), (4:0) – 80616 nəfər tamaşaçı;

  1. “Real” – “Paçuka” (3:1) – 70248 nəfər tamaşaçı;
  2. “Zalsburq” – “Real” (0:3) – 64811 nəfər tamaşaçı;
  3. “Bayern” – “Boka Xuniors” (2:1) – 63587 nəfər tamaşaçı;
  4. “Real” – “Əl-Hilal” (1:1) – 62415 nəfər tamaşaçı.

Xatırladaq ki, yarışın qrup mərhələsi başa çatıb. Komandalar mübarizələrini ələmə mərhələsinin 1/8 final oyunlarında davam etdirirlər.

Chosen
56
19
arena.az

10Sources