EN

Yekaterinburqda Ayaz Səfərovun məhkəmə iclası qapalı keçirilir - FOTOLENT - YENİLƏNİB-2

Ayaz Səfərov məhkəmədə təqsirsiz olduğunu bildirib.

APA-nın Rusiya bürosu xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclası da qapalı elan olunub.

Jurnalistlərin qərarın elanı zamanı zala buraxılmasına icazə veriləcəyi bildirilib.

***

13:53

Ayaz Səfərovun üzündə işgəncə izləri müşahidə olunur.

Bu barədə APA-nın Rusiya bürosu xəbər verir.

***

13:27

Yekaterinburq məhkəməsində iyunun 27-də saxlanılan Ayaz Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılır.

APA-nın Rusiya bürosu xəbər verir ki, Ayaz Səfərov məhkəmə zalına gətirilib.

Qeyd edək ki, məhkəmə Ayaz Səfərovun qardaşları Məzahir və Akif Səfərovlar barədə 22 günlük həbs qərarı çıxarıb. Məhkəmənin qərarı ilə onlar istintaq təcridxanasına göndərilib.

Yekaterinburqda Yekaterinburqda Yekaterinburqda
Chosen
18
8
apa.az

10Sources