Rusiyanın Primor diyarının sahilləri yaxınlığında “Merlion” katamaranında yanğın baş verib.
Publika.az xəbər veri ki, bu barədə "112" məlumat yayıb.Məlumata görə, gəmi Böyük Pyotr körfəzinin sularında alovlanıb. Gəmidə 12 nəfər olub. Onların hamısı yaxınlıqdan keçən digər gəmilər tərəfindən xilas edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Primorsk Nəqliyyat İstintaq İdarəsi hadisə yerinə xüsusi xidmət orqanlarının göndərildiyini bildirib.
Hadisənin baş vermə şəraiti və səbəbləri dəqiqləşdirilir.